Sərnişinlərə təyyarə ilə elektron cihaz aparmaq qadağan ediləcək

Maraqlı 21 Mart 2017 08:39 Oxunub 1429
Sərnişinlərə təyyarə ilə elektron cihaz aparmaq qadağan ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadağa Səudiyyə Ərəbistanı və İordaniya da daxil olmaqla 13 ölkəyə aid ediləcək

Səudiyyə Ərəbistanı və İordaniya da daxil olmaqla 13 ölkədən təyyarə vasitəsi ilə ABŞ-a elektron qurğuların daşınması qadağan ediləcək. “Report” xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” qəzeti yazıb. “Reuters”in məlumatına görə, ABŞ hökuməti təqribən on ölkənin sərnişinlərinə Birləşmiş Ştatlara gələn təyyarələrdə elektron cihazların daşınmasını qadağan etmək niyyətindədir. Çərşənbə axşamı elan olunacağı gözlənilən qadağa terror təhlükəsi ilə əlaqədardır. Qəzetin məlumatına görə, ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Departamenti (TSA) gizli şəkildə 13 ölkənin aviareyslərindən sərnişinlərə salonda mobil telefondan böyük elektron cihaz aparmağa qadağa qoymağı tələb edib.

Noutbuk, planşet, “Kindle” elektron kitabları və hətta kameralar qadağa altına düşəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh