Alpina B3 və B4-ü daha da gücləndirib - FOTO

Avtoxəbər 23 Mart 2017 21:00 Oxunub 1152
Alpina B3 və B4-ü daha da gücləndirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alpina Cenevrədə sedan və universal B5-in daha yeni nəslini təqdim edib

Alpina şirkəti Cenevrə avtosalonuna B3 Bi Turbo və B4 Bi-Turbo modellərinin xüsusi versiyalarını gətirib. Onların hər ikisinin adlarına S əlavə olunub. Alpina-nın mühəndisləri turbo yükləyicini təkmilləşdirib, firmanın mühərrikin idarə olunmasını təmin edən proqram təminatı dəyişiblər. Avtosfer.az xəbər verir ki, nəticədə hər iki versiyanın gücü 410-dan 440 a.g.-dək artıb, maksimal fırlanma anı isə 600-dən 660 Nm-ə çatıb. Sonda B3 S-in sedanı və universalı 100 km/saata 4,3 saniyəyə, B4 S-in kupe və kabrioleti arxa ötürücülü versiyada 4,2 saniyəyə, tam ötürücülü versiyada isə 3,9 saniyəyə sürətlənir. Maksimal sürət müvafiq olaraq 306 və 304 km/saatdır. Bu modellərdən əlavə, Alpina Cenevrədə sedan və universal B5-in daha yeni nəslini təqdim edib.

http://img.milli.az/2017/03/11/525050_01.jpg

http://img.milli.az/2017/03/11/525050_02.jpg

http://img.milli.az/2017/03/11/525050_03.jpg

http://img.milli.az/2017/03/11/525050_08.jpg

http://img.milli.az/2017/03/11/525050_12.jpg

http://img.milli.az/2017/03/11/525050_11.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh