Yeni zirehli ambulans maşını yaradıldı – FOTO

Texnologiya 21 Mart 2017 19:56 Oxunub 4438
Yeni zirehli ambulans maşını yaradıldı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ambulansın daxilinin genişliyi xəstələr üzərində ayaq üstə əməliyyat aparmaq imkanı verir 

Türkiyənin “Katmerciler” şirkətinin istehsalı olan zirehli ambulans maşının təqdimatı keçirilib. Avtosfer.az azeridefencea istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının tələbatını ödəmək məqsədi ilə istehsal edilən zirehli ambulans 4×4 təkər formuluna malikdir. Ford F550 şassisi üzərində yaradılan zirehli ambulans təhlükəli ərazilərdə ilkin tibbi yardım və təxliyə məqsədi ilə yaradılıb. Ambulansın daxilinin genişliyi xəstələr üzərində ayaq üstə əməliyyat aparmaq imkanı verir. Zirehli ambulans maşın sürücü, 2 tibb heyəti və 5 xəstə daxil olmaqla 8 nəfəri daşımaq qabliyyətinə sahibdir. Məlumatda o da qeyd olunub ki, 300 HP gücünə və 4×4 sürmə imkanına malik ambulans maşın hər cür yol və hava şəraitinə uyğun hazırlanıb. Sürücü, tibb heyəti və xəstələrin təhlükəsizliyini tam təmin edən zirehli ambulansın istənilən konfiqurasiya və fərqli balistik qoruma səviyələrinə uyğun dizayn edilməsi mümkündür.

https://az.azeridefence.com/wp-content/uploads/2017/03/katmerci_ambul3b-e1489743604907.jpg

https://az.azeridefence.com/wp-content/uploads/2017/03/katmerci_ambul2b-e1489743613109.jpg

https://az.azeridefence.com/wp-content/uploads/2017/03/katmerci_ambul1b-e1489743622540.jpg

https://az.azeridefence.com/wp-content/uploads/2017/03/kamerci_ambul2-e1489743636463.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh