"Rolls-Royce"-dan uşaqlar üçün elektrokar - FOTO

Avtodünya 21 Mart 2017 18:19 Oxunub 2528
"Rolls-Royce"-dan uşaqlar üçün elektrokar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rolls-Royce SRH adlanan avtomobilin hazırlanmasına və istehsalına 400 saat vaxt tələb olunub

Rolls-Royce şirkəti uşaqlar üçün elektrokar hazırlayıb. Bu, məxsusi olaraq Böyük Britaniyanın Çiçester şəhərindəki müqəddəs Riçard xəstəxanasının pediatriya bölməsi üçün istehsal edilib. Avtosfer.az auto.az-a istinadən xəbər verir ki, uşaqlar bu kiçik avtomobildə xüsusi dəhlizlərdən keçməklə əməliyyat otağına gedə biləcəklər. Bu dəhlizlərdə işıqforlar da quraşdırılıacaq. Müəssisədə hesab edirlər ki, bu, uşaqların əməliyyatdan əvvəl stressə düşməsinin qarşısını alacaq. Rolls-Royce SRH adlanan avtomobilin hazırlanmasına və istehsalına 400 saat vaxt tələb olunub. O, tamamilə əl ilə yığılıb, əsl avtomobil boyası ilə rənglənib və hətta kapotunda 3D printerdə çap edilmiş kiçik heykəl də var. Avtomobil 24 voltluq gel akkumulyatorla və elektrik mühərriki ilə təchiz edilib, sürəti 16 km/saatdır. Lakin valideynlər sürəti minimum 6 km/saatadək azalda bilərlər.

http://img.milli.az/2017/03/03/522910_01.jpg

http://img.milli.az/2017/03/03/522910_03.jpg

http://img.milli.az/2017/03/03/522910_04.jpg

http://img.milli.az/2017/03/03/522910_06.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh