Sürücülər niyə forma geyinmir? - VİDEO

Qaydalar 22 Mart 2017 00:55 Oxunub 1385
Sürücülər niyə forma geyinmir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, Agentliyi narahat edən ən asas məsələlərdən biridir

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər üçün vahid forma müəyyənləşdirilmişdi. İndi isə vahid geyim qaydasına demək olar ki, riayət edən sürücü yoxdur. Sürücülər formalarının olmadığını müxtəlif bəhanələrlə izah edirlər. Daşıyıcı şirkətlər bildirirlər ki, sürücülərin vahid forma geyinməməsinin səbəbi indi şirkətlər qarşısında bununla bağlı konkret tələbin qoyulmamasıdır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobus sürücülərinin vahid geyimə keçmə məsələsi hazırda agentliyi narahat edən ən asas məsələlərdən biridir. Həm bu, həm də bu kimi digər məsələlərin həlli ilə bağlı qurum tərəfindən təkliflər planı Nazirlər Kabinetinə göndərilib. Bu tələblər təsdiq ediləndən sonra avtobus sürücülərinin vahid formaya keçidi tam təmin ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh