İki maşın toqquşdu - Sürücülər yaralandı

Qəzalar 22 Mart 2017 00:56 Oxunub 861
İki maşın toqquşdu - Sürücülər yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki "VAZ" bir-birinə çırpılıb

Axşam saatlarında Şəmkirin Dəllər qəsəbəsində baş vermiş yol qəzası nəticəsində iki nəfər xəsarət alıb. Avtosfer.az-ın Report-a istinadən məlumatına görə, 1984-cü il təvəllüdlü yerli sakin Mustafayev Elməddin Anar oğlunun idarə etdiyi "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq "VAZ-2108"ə çırpılıb. Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən Mustafayevin vəziyyəti orta-ağırdır. Digər sürücünün isə aldığı xəsarət yüngül olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh