Bu görüntüləri təkrarlamaq olduqca təhlükəlidir - VİDEO

Avtosfer TV 22 Mart 2017 01:51 Oxunub 2066
Bu görüntüləri təkrarlamaq olduqca təhlükəlidir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Velosipedi sürmür, onu addım-addım gəzməyə məcbur edir

"Street Trial" - ekstrim idman növüdür. Yəqin ki, çoxunuz bu sözü ilk dəfə eşidirsiniz. Bu növün əsas məğzi hündür maneələrin üzərində velosipedlə tryuklar göstərməkdir. Azərbaycanda da son illərdə bu janra maraq göstərən gənclər var. Onlarin ikisi ilə sizi də taniş edəcəyik. Indidən xatirladiriq ki, izləyəcəyiniz görüntüləri heç bir təcrübə qazanmadan təkrarlamaq təhlükəlidir.

O, velosipedi sürmür, onu addım-addım gəzməyə məcbur edir. Velosipedlə müxtəlif çətin hərəkətlər edir, hətta bir-birilərinin üstündən də keçirlər. Göstərdiyi hərəkətlər izləyənə zövq versə də, bunu bacarmaq olduqca çətindir.

Fəxri və Kamranın 19 yaşları var. 3 ildir bu işlə məşğuldurlar. İstifadə etdikləri velosipedlər də sırf street trial üçün nəzərdə tutulub. Adi velosipedlərlə bu hərəkəti etmək mümkün deyil. Bu velosipedlər əsasən hərəkət göstərmək üçündür.

Street Trial ekstremal idman növü sayılır və dünya səviyyəli mötəbər yarışları keçirilir. Yarışlarda, şəhər mühitində olan maneələr üstündə tryuklar göstərilir.

Kamran gələcəkdə Street Trial yarışlarına qatılmağı da düşünür.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh