Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb

Qəzalar 22 Mart 2017 02:16 Oxunub 1340
Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə piyada yolu keçmək istəyərkən baş verib

Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb. Gecə saat 00.10 radələrində Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı Azərbaycan Dövlət Dəmir Yolunun 155-ci km-də - Xaçmaz dəmiryol stansiyası yaxınlığında yolu keçmək istəyən 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub. Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib. Mərhumun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

Hazırda Xaçmaz Prokurorluğu və Dəmiryol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh