6 ayda dünya bazarında 32 milyon 742 min maşın satılıb

Al-sat 24 Oktyabr 2014 15:43 Oxunub 2563
6 ayda dünya bazarında 32 milyon 742 min maşın satılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyada maşın satışı 41 faiz artıb

Beynəlxalq Avtomobil İstehsalçıları Assosiasiyası bu ilin ilk yarısı üçün yeni maşın satışı üzrə lider olan 5 ölkənin adı açıqlayıb. Lent.az-ın məlumatına görə, bu il dünya maşın bazarında 32 milyon 742 min maşın satılıb. Məlumta görə, son 6 ay ərzində dünyada maşın satışı 41 % artıb.

Siyahıda birinci yerdə Çin durur.  Yarım il ərzində bu ölkədə 9.633 milyon minik avtomobilinin satışı olub. Ötən ilə nisbətən 11.2 % artım olub. İkinci yerdə 3.896 milyon maşın satışı ilə ABŞ dayanır. ABŞ-ın ötən ilə nisbətən maşın bazarında 0.1 % eniş olub. Yaponiya 2.566 milyon avtomobil satışı ilə üçüncülükdədir.

Almanlar yarım il ərzində 1.538 milyon avtomobil satışı ilə dünya bazarında dördüncü yerdə dursalar da, həmişəki kimi Avropa maşın bazarına liderlik edirlər. Beşinci yerdə isə 1.290 milyon maşın satış ilə Hindistandır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh