“ADY”: "Ekspertiza Xaçmazda qatarın vurduğu şəxsin sərxoş olduğunu üzə çıxarıb"

Qəzalar 22 Mart 2017 12:37 Oxunub 1664
“ADY”: "Ekspertiza Xaçmazda qatarın vurduğu şəxsin sərxoş olduğunu üzə çıxarıb"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Maşinist və köməkçidə sərxoşluq halı aşkarlanmayıb"

Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb. Avtosfer.az xəbər verir ki, Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, gecə saat 00.10 radələrində Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı dəmir yolunun 159-ci km-nin 10-cu piketində  Xaçmaz dəmiryol stansiyası yaxınlığında yolu keçmək istəyən 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub. Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib. S. Qədirova bildirib ki, həkim müayinəsindən keçən qatar maşinisti və köməkçisi sərxoş olmayıb: “Maşinist və köməkçidə sərxoşluq halı aşkarlanmayıb. Ekspertiza həyatını itirən Bəxtiyar Alışovun faciə anında sərxoş olduğunu üzə çıxarıb”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh