Təyyarədə kompüterlərdən istifadəyə qadağa edildi

Gündəm 22 Mart 2017 13:05 Oxunub 810
Təyyarədə kompüterlərdən istifadəyə qadağa edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ABŞ-ın qərarına aid edilən hava yollarına qadağanın tətbiqi üçün şənbə günü saat 07:00-a qədər müddət verilib

ABŞ və Böyük Britaniya müəyyən sərnişin reyslərində kompüterləri qadağan edən yeni daşıma üzrə məhdudiyyətləri elan edib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABC News kanalı məlumat yayıb. Kanalın məlumatına görə, İŞİD qruplaşması partlayıcı maddələri elektron cihazlarda gizlədərək onları təyyarələrə keçirməyin yolları üzərində çalışır. Səkkiz ölkənin 10 hava limanında fəaliyyət göstərən doqquz avia şirkətin reysləri ABŞ Milli Təhlükəsizlik Nazirliyinin qadağasının məruz qalır. Telefonlar və tibbi cihazlar qadağaya daxil deyil. Britaniya qadağası ABŞ tədbirlərindən bir neçə saat sonra elan olunub. Qadağa oxşar olsa da, müxtəlif hava yollarına aiddir. ABŞ-ın qərarına aid edilən hava yollarına qadağanın tətbiqi üçün şənbə günü saat 07:00-a qədər müddət verilib.

http://www.qafqazinfo.az/newsphotosession/2017/03/22/13-1.png

ŞƏRH YAZ
Ad

E-mail

Şərh