Sürücü sərxoş sərnişini bıçaqladı

Gündəm 22 Mart 2017 14:03 Oxunub 989
Sürücü sərxoş sərnişini bıçaqladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ona qarşı qəsdən sağlamlığa ağır zərər yetirmə maddəsi üzrə iş açılıb

Moskvada avtomobilinə mindirdiyi sərnişini bıçaqlayan 29 yaşlı azərbaycanlı tutulub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, insident Turistskaya küçəsi-19 ünvanında baş verib. 1984-cü il təvəllüdlü şəhərli sərxoş vəziyyətdə Zelenoqrad istiqamətinə gedən avtomobillərdən birinə minib. O, mənzil başında sürücüyə iki min rubl ödəyib, onlar dalaşıblar. "Zərərçəkmişi qarşılayan həyat yoldaşı onun sinəsində qan izləri aşkar edib, ardınca polis və təcili yardım çağırıb. Məlum olub ki, kişi qaraciyər və ürək kisəsi nahiyələrindən kəsilmiş-deşilmiş yaralar alıb", - deyə mənbə bildirib. Əməliyyatçılar hadisəni törədən şəxsi müəyyən ediblər və onu Zelenoqradın "Krükovo" stansiyasında saxlayıblar. Ona qarşı qəsdən sağlamlığa ağır zərər yetirmə maddəsi üzrə iş açılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh