"Bentley" elektrik rodster təqdim edib - FOTO - FOTO

Avtobazar 22 Mart 2017 20:00 Oxunub 1509
"Bentley" elektrik rodster təqdim edib - FOTO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əlavə elektronika rejimi alıb ki, bu, onu daha sürətli edir

Cenevrə 2017 motor-şousunda konseptual elektrik rodsteri Bentley EXP 12 Speed 6e-nin təqdimatı olub. Bu modelin salonunun işlənməsi üçün britaniyalılar təbii dəridən, misdən və ağacdan olan dekorativ əlavələrdən istifadə ediblər. Avtosfer.az xəbər verir ki, Rodsterin mərkəzi konsolunda əyri sensorlu OLED-displey yerləşdirilib ki, onun köməyi ilə əyləncə proqramlarını, naviqatoru, havalandırmanı, o cümlədən digər funksiyaları idarə etmək olar. Bentley yeniliyin güc qurğusu barədə hələlik məlumat verməyib, lakin brendin nümayəndələri bildiriblər ki, elektromobil akkumulyatorların simsiz doldurulması sistemi ilə təchiz edilib. Jurnalistlərin suallarına cavab verən britaniyalılar bildiriblər ki, rodster tam dolu akkumulyatorla Londondan Parisə gedə, yəni, 500 km məsafə qət edə bilər. Bentley EXP 12 Speed 6e Concept əlavə elektronika rejimi alıb ki, bu, onu daha sürətli edir.//auto.az//

http://www.auto.az/fckfiles/1489738981.jpg

http://www.auto.az/fckfiles/1489738989.jpg

http://www.auto.az/fckfiles/1489739003.jpg

http://www.auto.az/fckfiles/1489739012.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh