Bayramda təcili yardıma daxil olan müraciətlərin sayı açıqlandı - 2000

Gündəm 22 Mart 2017 15:18 Oxunub 806
Bayramda təcili yardıma daxil olan müraciətlərin sayı açıqlandı - 2000
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müraciətlər gündəlik müşahidə edilən hallarla bağlı olub

Novruz bayramı günlərində təcili yardıma daxil olan müraciətlərin sayı açıqlanıb. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini Murad Mirzəzadə APA-ya bildirib ki, martın 20-21-də stansiyaya daxil olan müraciətlərin sayı 2000 civarında olub. Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, bu il bayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayında hər hansı bir artım qeydə alınmayıb. M.Mirzəzadə qeyd edib ki, müraciətlər gündəlik müşahidə edilən hallarla bağlı olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh