Ünvana protokol gəlmədən avtomobilə həbs qoyuldu - VİDEO

Xəbərlər 23 Mart 2017 00:03 Oxunub 2591
Ünvana protokol gəlmədən avtomobilə həbs qoyuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP-nin sistemində sürücünün qayda pozuntusu haqqında məlumatları fərqlidir

Paytaxtda sürücülərdən biri maraqlı vəziyyətlə üzləşib. Bir müddət əvvəl qayda pozuntusuna görə sürücüyə protokol tərtib edilsə də, ünvanına məktub göndərilməyib. Daha sonra polis onu yolda saxlayıb ki, avtomobil cərimə meydançasına getməlidir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, yol polisinin informasiya bazasında sürücünün qayda pozuntusu haqqında məlumatları fərqlidir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, məsələ ilk növbədə araşdırılmalıdır ki, sürücünün ünvanına göndərilən məktub hansı səbəbdən ona çatmayıb. Ünvanda kimsə olmayıb, yoxsa poçtalyon səhlənkarlıq edib. Yalnız bundan sonra dəqiq nəsə söyləmək olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh