Dəhşətli qəza: ölənlər və yaralılar var - FOTO

Qəzalar 23 Mart 2017 00:51 Oxunub 1134
Dəhşətli qəza: ölənlər və yaralılar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlərin biri qadın, o biri isə orta yaşlı kişidir

Cəlilabad rayonu ərazisində qəza baş verib. 44 BL 356 nömrəli "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Ölənlərin biri qadın, o biri isə orta yaşlı kişidir. Hadisə şahidlərinin verdiyi məlumata görə, nömrəsi bilinməyən ağ rəngli "Mercedes" avtomobili qarşı tərəfə çıxaraq "Chevrolet"lə toqquşub. "Chevrolet" isə "VAZ 2106" markalı maşınla toqquşub və sonuncu öz yolundan çıxaraq ağaca çırpılıb.

***

Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində üç avtomobilin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub. Qəza nəticəsində Masallı rayon Ərkivan qəsəbə sakinləri - 37 yaşlı Pərviz Abbas oğlu Xəlilov və 48 yaşlı Səbiyyə Ağalı oğlu Xəlilov ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Cəlilabad sakinləri - 46 yaşlı Zərxanım Xanış qızı Əhmədova, 51 yaşlı Azay Süleyman oğlu Əhmədov, Masallı sakinləri - 55 yaşlı Famil Kamil oğlu Xəlilov, 16 yaşlı Əsəd Kamil oğlu Xəlilov isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"Report"

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh