Quba-Xaçmaz yolunda yol qəzası baş verdi - FOTO

Qəzalar 23 Mart 2017 02:47 Oxunub 2861
Quba-Xaçmaz yolunda yol qəzası baş verdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü ağır xəsarətlər alıb, avtomobil yararsız hala düşüb

Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib. Quba-Xaçmaz yolunun 11-ci kilometrliyində "VAZ-21099" markalı, 17-BC-902 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1996-cı il təvəllüdlü Əliyev Elmar Çingiz oğlu idarəetməni itirərək yoldan kənara çıxıb. Nəticədə sürücü ağır xəsarətlər alıb, avtomobil isə yararsız hala düşüb.

Xaçmaz MRX-nın Travmatologiya şöbəsindən verilən məlumata görə, xəstəyə qarının əzilməsi, sol dirsək oynağının qəlpəli yerini dəyişmiş sınığı, son bazunun orta 1/3-nin yerini dəyişmiş qapalı sınığı, sol qasıq oturaq sümüyünün yerini dəyişmiş qapalı sınığı diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır olduğundan paytaxtdakı müalicə müəssisələrindən birinə yola salınacağı bildirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.

 

"Report"

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh