Piyada ağır qəzaya səbəb oldu və aradan çıxdı – REAL VİDEO

Yazarlar 17 Aprel 2017 00:12 Oxunub 6443
Piyada ağır qəzaya səbəb oldu və aradan çıxdı – REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə hadisələrdə nədənsə piyada günahsız, sürücü isə günahkar sayılır

Piyadanın məsuliyyətsizliyi ucbatından yolda baş verən avtomobil qəzasının videosu sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyada baş versə də, əslində bu cür olaylar elə Azərbaycanda da yaşanır. Elə bu səbəbdən də videonu oxucularla bölüşərək “bu cür hadisələr zamanı nə etmək lazımdır” sualına cavab tapmağa çalışacağıq. Göründüyü kimi, yolun hərəkət hissəsini müəyyən olunmayan yerdən keçən piyada qəfildən avtomobilin qarşısına çıxır və həmin avtomobilin sürücüsü piyadanı vurmamaq üçün əyləci basır. Bu zaman arxadan gələn avtomobilin sürücüsü idarəetməni itirərək qarşısındakı avtomobillə toqquşur. Piyada isə heç nə olmamış kimi, aradan çıxıb gedir. Çox təəssüflər olsun ki, belə qəzalarda həmişə sürücülər günahkar çıxır. Amma araşdıran olmur ki, həmin vaxt yolun bu hissəsində piyadanın nə işi var idi.

Bu qəzada arxadan gələn avtomobildə də günah var. Çünki o ara məsafəsini düzgün seçməyib. Ara məsafəsi kifayət qədər olsaydı çox güman ki, həmin sürücü qəzadan yayına bilərdi. Amma bu qəzanın səbəblərinə obyektiv yanaşsaq görərik ki, günahın ən çox hissəsi piyadadadır. Təcrübədə isə tam əksi olur: Piyada günahsız, sürücü isə günahkar.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh