Metro stansiyası şübhəli bağlama səbəbindən bağlandı

Gündəm 23 Mart 2017 10:16 Oxunub 933
Metro stansiyası şübhəli bağlama səbəbindən bağlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə polis əməkdaşları cəlb olunub

London metrosunun "Qrinviç" stansiyasının sərnişin və personalı şübhəli bağlama səbəbindən təxliyə edilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, stansiya polis tərəfindən mühasirəyə alınıb. İctimai nəqliyyat ilə stansiya arasında əlaqə kəsilib. Martın 22-də Londonun Vestminster körpüsü üzərində terror aktı törədilib. Avtomobil ilə hərəkətdə olan naməlum kişi maşını piyadaların üzərinə sürüb. Lakin sonda maneəyə çırpılıb. Daha sonra kişi maşından çıxıb və bıçaqla polislərdən birinə xəsarət yetirib, ardınca polisin həmkarları caniyə atəş açaraq onu öldürüblər. Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh