London taksiləri elektriklə çalışacaq

Yeniliklər 23 Mart 2017 10:20 Oxunub 2070
London taksiləri elektriklə çalışacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni açılacaq zavodda isə min yeni iş yeri açılacaq

Britaniyanın Koventri bölgəsində London taksilərinin yeni istehsal fabriki açılacaq. Dəyəri 300 milyon funt sterlinq olan zavod elektrik ilə işləyən taksilər istehsal edəcək. Avtosfer.az Sputnik-ə istinadən xəbər verir ki, zavod illik 20 min nəqliyyat vasitəsi istehsal gücünə malik olacaq. Londonun özünəməxsus taksilərini 69 ildir ki, istehsal edən taksi şirkətində 1500-ə yaxın işçi çalışır. Yeni açılacaq zavodda isə min yeni iş yeri açılacaq. Zavodun ilk taksilərinin bu ilin sonunda satışa buraxılacağı planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh