Avtomobil piyadanı vurdu - Bakı-Qazax magistralında

Qəzalar 23 Mart 2017 10:27 Oxunub 1094
Avtomobil piyadanı vurdu - Bakı-Qazax magistralında
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı-Qazax magistralında piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə yolun Şəmkir rayonu, Düyərli kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1945-ci il təvəllüdlü Əliyev İdris Murad oğlu yolu keçmək istəyərkən “Ford” markalı avtomobillə vurulub. Müxtəlif bədən xəsarətləri alan piyada Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh