Bakı-Sumqayıt yolunda maşın körpüyə çırpıldı: sıxlıq yaranıb - FOTO

Qəzalar 23 Mart 2017 14:05 Oxunub 4346
Bakı-Sumqayıt yolunda maşın körpüyə çırpıldı: sıxlıq yaranıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil aşaraq yerdə bir neçə dövrə vurub

Bakı-Sumqayıt şossesində bu gün səhər saatlarında qəza baş verib, nəticədə yolda hərəkətin sıxlığı yaranıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisində qeydə alınıb. Belə ki, Rəhman Səlimovun idarə etdiyi "Mercedes" markalı avtomobil körpünün dirəyinə çırpılıb. Avtomobil aşaraq yerdə bir neçə dövrə vurub. Sürücü bədən xəsarətləri alıb, avtomobil deformasiyaya uğrayıb. Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qeyd edək ki, sürücü Rəhman Səlimov Azərbaycan Silahlı Qüvvələrində mayor rütbəsi daşıyır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh