Bu il Azərbaycana 122 avtomobil gətirilib - Gürcüstandan

Avtoxəbər 23 Mart 2017 14:10 Oxunub 1333
Bu il Azərbaycana 122 avtomobil gətirilib - Gürcüstandan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məbləğ baxımından isə bu rəqəm 759 min dollar çoxdur

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 3 mln. 152,9 min ABŞ dolları dəyərində 122 ədəd avtomobil gətirilib. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya  Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin iki ayı ilə müqayisədə 48 ədəd çoxdur. Məbləğ baxımından isə bu rəqəm 759 min dollar və ya 31,7% çoxdur. Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Gürcüstandan Azərbaycana 2 mln. 393,9 min dollar məbləğində 74 ədəd avtomobil gətirilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh