Polis əməkdaşlarına bıçaqla xəsarət yetirdi - Şirvan sakini

Gündəm 23 Mart 2017 14:11 Oxunub 1163
Polis əməkdaşlarına bıçaqla xəsarət yetirdi - Şirvan sakini
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mehman Solovyev tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb

Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh