Sürücülərə sükan əvəzinə dəfn endirimi vədi

Maraqlı 23 Mart 2017 20:27 Oxunub 1711
Sürücülərə sükan əvəzinə dəfn endirimi vədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
500 dollar qənaət edilə bilər

Son vaxtlar Yaponiyada ahıl sürücülərin iştirakı ilə qəzaların sayının artması mühüm problemə çevrilib deyə mərkəzdə fəaliyyət göstərən dəfn bürosu qəribə təkliflə çıxış edib. Onlar martın əvvəlindən könüllü olaraq sürücülük vəsiqəsindən imtina edəcək hər bir yaşlı avtomobil sahibinə 15 faizlik endirimlə dəfn xidməti göstərəcəklər. Avtosfer.az "istipress istinadən xəbər verir ki, bu hər bir sürücünün təqribən 500 dollar(56,000 ien)  qənaət etməsi deməkdir. Endirim təkcə şəxsə deyil, həm də onun ailə üzvlərinə şamil olunur.  2016-cı ilin noyabrında Hokohamada 87 yaşlı sürücünün məktəbin girişində törətdiyi qəza nəticəsində 6 yaşlı oğlan olüb, 11 nəfər müxtəlif dərəcəli xəsarət almışdı.  Hazırda Yaponiyada yaşı 75-dən yuxarı olan insanların sayı 5 milyona yaxındır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh