Bakıda Allah ümidinə gedən maşınlar da var – VİDEO

Avtosfer TV 23 Mart 2017 15:02 Oxunub 6906
Bakıda Allah ümidinə gedən maşınlar da var – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“011”-in detallarının çoxu yerində deyil, amma onu 110-la sürürlər

Bakıda Heydər Əliyev prospektində üzü hava limanına gedən yolda hərəkət edən “VAZ-21011” markalı avtomobilin görüntüləri görənləri heyrətləndirir. Avtosfer.az xəbər verir ki, bu avtomobilin detallarının əksəriyyəti yerində deyil, üstəlik, onun dövlət nömrə nişanları da yoxdur. Lakin sürücü onu 110-luq yolda sürür.

Əlbəttə, bu cür avtomobillər artıq istismar müddətini başa vurub və onların yollarda belə rahatlıqla hərəkəti olduqca təhlükəlidir. Bu axtomobillərin tormoz sistemi saz vəziyyətdə ola bilməz. İşıq cihazları da yoxdur. Üstəlik, baqajın üstü, pəncərələr də yerində deyil. Bütün bunlara baxmayaraq yüksək sürətlə idarə olunan bu avtomobil yoldan çıxıb harasa dəysə onun içindən sağ çıxmaq ehtimalı yoxdur. Kimsə deməsin ki, imkanı yoxdur, çörəkpulu qazanır. Onun qazandığı 5-10 manat özünün və başqalarının həyatından vacib deyil və ola da bilməz.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh