Sürücü övladı üçün xüsusi kəmərdən istifadə etdi; amma cərimələndi - VİDEO

Xəbərlər 24 Mart 2017 02:01 Oxunub 12103
Sürücü övladı üçün xüsusi kəmərdən istifadə etdi; amma cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Protokol ləğv edilə,polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilə bilər

Azyaşlı övladını xüsusi kəmərlə təchiz edilmiş qabaq oturacaqda əyləşdirən sürücü cərimələnib. Şəki sakini olan sürücü Nürəddin Məmmədov bundan narazıdır. O bildirir ki, qanunvericiliyə görə 12 yaşınadək uşaqlar yalnız xüsusi vasitələrlə təchiz edilmiş qabaq oturacaqlarda otuzdura bilər ki, onun 7 yaşlı övladı da məhz qaydalara uyğun şəkildə daşınıb. Hadisə bir neçə gün bundan qabaq İsmayıllı-Şəki avtomobil yolunda baş verib.

Görüntüləri izləyən Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, hər bir halda sürücünün istifadə etdiyi həmin vasitəyə və sertifikata yenidən baxış keçirilməlidir. Əgər o vasitə təhlükəsizlik tələblərinə cavab verirsə və uyğunluq sertifikatı varsa bu zaman həmin protokol ləğv edilə, onu tərtib edən polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilə bilər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh