Erməni hərbçiləri Kəlbəcərdə qəzaya düşdü: 10 yaralı

Gündəm 24 Mart 2017 02:27 Oxunub 1412
Erməni hərbçiləri Kəlbəcərdə qəzaya düşdü: 10 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Volkswagen” təxminən 70 metr dərəyə yuvarlanıb

Martın 23-də Sotk-Kəlbəcər magistralında ağır qəza baş verib. Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, saat 19 radələrində magistralın 35-ci km-nin "Haruri Dzor" adlanan sektorunda "Volkswagen Golf” markalı 35 AM 335 nömrəli maşın Ermənistan Müdafiə Nazirliyinə məxsus "URAL” markalı 55 37 Տ nömrəli avtomaşınla toqquşub. Qəza nəticəsində hər iki maşın aşıb. "Volkswagen” təxminən 70 metr dərəyə yuvarlanıb.

Qəza nəticəsində 10 nəfər bədən xəsarətləri ilə Vardenis hərbi hospitalına yerləşdirilib. Məlumata görə, yaralananlardan 6-sı müqaviləli hərbi qulluqculardır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh