Ağstafada yol qəzası baş verib: xəsarət alanlar var

Qəzalar 24 Mart 2017 03:15 Oxunub 1218
Ağstafada yol qəzası baş verib: xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-2107" qarşı tərəfdən gələn "Chevrolet Niva" ilə toqquşub

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Hadisə Ağstafa rayonunda, Bayraq Meydanı yaxınlığında baş verib. Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn "Chevrolet Niva" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində, sürücülər və hər iki avtomobildə olan iki sərnişin müxtəlif bədən xəsarətləri alıb. Taksi sürücüsünün və "Chevrolet Niva"da olan sərnişinlərdən birinin yarası ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər. Digər yaralıların vəziyyəti isə normaldır və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh