Taksi sürücüsünü hədələyən şəxsdən narkotik vasitə götürüldü - Ucarda

Gündəm 24 Mart 2017 08:56 Oxunub 1204
Taksi sürücüsünü hədələyən şəxsdən narkotik vasitə götürüldü - Ucarda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində

Ucar rayonunda taksi sürücüsünü hədələyən şəxsdən narkotik vasitə götürülüb. Avtosfer.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 21-də Ucar rayon sakini Əlvan Əliyev Zərdab RPŞ-yə müraciət edərək həmin gün idarə etdiyi "VAZ-2106" markalı avtomobilə sərnişin qismində əyləşən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ehtiram Balakişiyevin onu bıçaqla öldürəcəyi ilə hədələdiyini bildirib. Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Balakişiyev saxlanılıb, ondan 1 bıçaq və 135 qram marixuana götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh