Elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azad olunacaq

Yeniliklər 25 Mart 2017 00:19 Oxunub 1392
Elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azad olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qərar 1 yanvar 2018-ci il tarixinədək qüvvədə olacaq

Bu gündən etibarən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük idxal rüsumuna cəlb olunmayacaq. Avtosfer.az-ın xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına edilən dəyişiklik martın 25-də qüvvəyə minəcək. Dəyişikliyə əsasən, Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. Qərar 1 yanvar 2018-ci il tarixinədək (9 ay) qüvvədə olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh