“Neftçala Avtonəqliyyat” səhmdarlarına divident ödəyəcək

Gündəm 24 Mart 2017 10:20 Oxunub 1003
“Neftçala Avtonəqliyyat” səhmdarlarına divident ödəyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb

Mayın 3-də, saat 12:00-da “Neftçala Avtonəqliyyat” ASC-nin səhmdarlarının yığıncağı keçiriləcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, yığıncaq Neftçala şəhəri, Mirzə Ələkbər Sabir küçəsi, 3 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyətinin yekunlarının və 2017-ci ildə qarşıda duran məsələlərin müzakirəsi, Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi, İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibinə baxılması, ötən il əldə edilmiş mənfəətin bölüşdürülməsi, səhmdarlara divident ödənilməsi məsələləri daxildir. Xatırladaq ki, “Neftçala Avtonəqliyyat” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 160 326 manatdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh