Hava nəqliyyatı ilə 266,5 mindən çox sərnişin daşınıb

Gündəm 24 Mart 2017 10:24 Oxunub 825
Hava nəqliyyatı ilə 266,5 mindən çox sərnişin daşınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib

2017-ci ilin yanvar-fevral ayında hava nəqliyyatı ilə 266,5 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 29,1 faizdən çox sərnişin daşınıb. Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən azərtac-a verilən məlumata görə, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 24,7 min tona çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh