Avtobusun altında qalan qadın türk əsilli çıxdı - FOTO

Qəzalar 24 Mart 2017 10:25 Oxunub 1313
Avtobusun altında qalan qadın türk əsilli çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ayşanın anası ispaniyalı, atası Kiprli türkdür

İngiltərədə baş verən hücum zamanı ölənlərdən birinin türk əsilli olduğu müəyyən edilib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, mart ayının 22-də Londonda törədilən terror zamanı həlak olanlardan biri Ayşa Freyddir. 43 yaşlı Ayşa ispan dili müəlliməsidir. Avtobusun altında qalaraq dünyasını dəyişən Ayşanın anası ispaniyalı, atası Kiprli türkdür. Onun iki qızı var. Qeyd edək ki, Böyük Britaniyada baş verən terror aktında terrorçu da daxil olmaqla 4 nəfər ölüb, ən az 20 nəfər yaralanıb.

http://img.milli.az/2017/03/24/528614_01.jpg

http://img.milli.az/2017/03/24/528614_02.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh