İki "VAZ 2107" toqquşdu: 3 yaralı - Göyçayda

Qəzalar 24 Mart 2017 12:14 Oxunub 1165
İki "VAZ 2107" toqquşdu: 3 yaralı - Göyçayda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 224-cü kilometrliyində, Göyçayın Ərəb kəndi ərazisində qeydə alınıb. İki “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Mingəçevir sakini, 1946-cı il təvəllüdlü Məmmədov Oqtay Qafur oğlu və bacıları, 1953-cü il təvəllüdlü Əhmədova Elmira Qafur qızı, 1955-ci il təvəllüdlü Yusifova Svetlana Qafur qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh