Qadın sürücü maşın sürərkən canlı yayıma çıxdı, dəhşətli qəzada öldü - VİDEO

Avtosfer TV 24 Mart 2017 19:23 Oxunub 16221
Qadın sürücü maşın sürərkən canlı yayıma çıxdı, dəhşətli qəzada öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fikri yolda yox, telefonda olan sürücünün maşını avtobusla toqquşub

Yol nəqliyyat hadisəsi Tatarıstanın (Rusiya) Kazan şəhəri ətrafındakı yolda baş verib. Qız sükan arxasında sosial şəbəkələrdən birində videoyayım aparıb. Telefon avtomobil panelinə bərkidilib. Sürücü internet-istifadəçilərlə salamlaşıb, işlərin necə olduğunu soruşub və nə isə ifa edib. Bundan sonra zərbə, qışqırıq səsi eşidilir və yayım kəsilir. Avtosfer.az-ın inter.az-a istinadən verdiyi xəbərə görə, idarəetmə ilə bacarmayan qız böyük sürətlə qarşı zolaqla hərəkət edən avtobusa çırpılıb. Tatarıstan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, avtobusdakı beş sərnişin, o cümlədən 7 yaşlı uşaq müxtəlif dərəcəli travma alıb. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh