Maşın vurması nəticəsində ana öldü - Qızı isə ağır xəsarət alıb

Qəzalar 24 Mart 2017 12:31 Oxunub 1488
Maşın vurması nəticəsində ana öldü - Qızı isə ağır xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya ilkin səbəb kimi sürət həddinin aşılması göstərilir

Ötən gün Binəqədi rayonu, Xocasən qəsəbəsində dəhşətli yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə salamnews-un əldə etdiyi məlumata görə, "Daewoo" markalı avtomobil yolu keçmək istəyən ana və qızını vurub. 1971-ci il təvəllüdlü Şirinova Şəfiqə Əli qızı və onun 16 yaşlı qızı Şirinova Təhminə Əli qızı ağır xəsarət alıblar. 46 yaşlı piyada Şəfiqə Şirinova aldığı xəsarətlərdən hadisə yerində keçinib, 16 yaşlı T.Şirinova isə təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin müayinələr zamanı Təhminə Şirinovanın ayağının sındığı məlum olub. Reanimasiya şöbəsinə yerləşdirilmiş yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.  Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində cinayət işi başlanıb. Sürücünün izahatı alınıb və avtotexniki ekspertiza təyin edilib. Qəzaya ilkin səbəb kimi sürət həddinin aşılması göstərilir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh