Sərhəddə görünməmiş tıxac - FOTO

Gündəm 24 Mart 2017 16:20 Oxunub 2426
Sərhəddə görünməmiş tıxac - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tıxacın uzunluğu təxminən, 2-3 kilometrdir

Novruz bayramı ilə əlaqədar minlərlə insan istirahət məqsədi ilə qonşu Gürcüstana üz tutub. Bayram ərəfəsində Azərbaycandan Gürcüstana keçiddə ciddi problemlər yaşanıb. Əldə etdiyimiz məlumatda qeyd olunur ki, təxminən 400-500 avtomobil "Sınıq körpü" sərhəd keçid buraxılış məntəqəsində növbə gözləyib. Bunun səbəb isə ölkə əhalisinin bir qisminin Novruz bayramını qonşu Gürcüstanda keçirmək istəyi ilə bağlı idi. İnformasiyada, həmçinin o da bildirilir ki, hazırda Azərbaycana dönüşdə də Gürcüstan tərəfdə görünməmiş tıxac yaranıb. Avtosfer.az xəbər verir ki, gununsesi.info-nun əməkdaşının verdiyi xəbərə görə, tıxacın uzunluğu təxminən, 2-3 kilometrdir. Məhz elə bu səbəbdən də sürücülər sərhədi keçmək üçün bir neçə saat gözləməli olurlar.

http://img.milli.az/2017/03/24/528763_01.jpg

http://img.milli.az/2017/03/24/528763_03.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh