Yolda quraşdırılan nişanda gülməli səhv - FOTOLAR

Xəbərlər 24 Oktyabr 2014 21:18 Oxunub 2480
Yolda quraşdırılan nişanda gülməli səhv - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İmişlidə yola «ötmə qadağandır» nişınını tərsinə vurublar

Facebook sosial şəbəkəsində İmişli rayonunda yol nişanın tərsinə vurulmasını əks etdirən fotolar yayılıb. Əbülfət Zeynallı paylışdığı bu fotolara belə şərh verib: «İmişli şəhərinin girişində qoyulmuş bu yol nişanının adı nədir? Tapana "sağ ol" deyəcəm».

Avtosfer.az-ın məlumatına görə, fotolardan aydın olur ki, 3.20 - «ötmə qadağandır» yol nişanında texniki səhvə yol verilib. Əslində, dairənin içərisinndəki maşın fotolarından qırmızı solda, qara isə sağda olmalıdır. Amma DYP-nin nəzərindən qaçan bu nişanlarda həmin standart pozulub və əksinə vurulub.

Görəsən, bu nişanları ora vuranlar və ya ora göndərənlər hara baxır? Onların özünün bu nişanlarla bağlı standartlardan xəbəri varmı?

Avtosfer.az müqayisə üçün standartda uyğun yol nişanının da fotosunu təqdim edir.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh