Polis mayorunu və dostlarını bıçaqlayan şəxslərin məhkəməsəi başlayıb

Yol polisi 24 Mart 2017 16:30 Oxunub 1227
Polis mayorunu və dostlarını bıçaqlayan şəxslərin məhkəməsəi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbəti məhkəmə prosesi martın 28-nə təyin edilib

Bakıda oğurluq etməkdə və polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəlüldlü Məhərərmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Səbuhi Hüseynovun sədlriyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəmə prosesi martın 28-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. Belə ki, 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov qadınlardan birinə məxsus telefonu oğurlayaraq qaçmaq istəyib. Bunu görən N.Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Ə.Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Məlumata görə, Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Məhərrəmov və Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə bıçaq xəsarətləri yetirərək ərazidən qaçıblar. Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub. Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o xidmətdə olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh