Sərnişinlərin diqqətinə: bu marşrutun yolu dəyişdirildi - XƏRİTƏ

Gündəm 24 Mart 2017 17:00 Oxunub 1294
Sərnişinlərin diqqətinə: bu marşrutun yolu dəyişdirildi - XƏRİTƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək

4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyə əsasən, akademik Həsən Əliyev, Ceyhunbəy Hacıbəyli küçələri, eləcə də M.K. Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli müntəzəm marşrut xəttindən istifadə etməklə Montin qəsəbəsi, metronun N.Nərimanov və Ş.İ.Xətai stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək. Belə ki, bu marşrut xətti üzrə avtobuslar metronun Ş.İ.Xətai stansiyası istiqamətində hərəkət edərkən F.X.Xoyski küçəsindən M.K.Atatürk prospektinə, daha sonra akademik Həsən Əliyev və Ceyhunbəy Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək. Məlumat üçün bildiririk ki, 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 20 mart tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh