Bazarda keyfiyyətsiz akkumlyatorlar var  -DİQQƏT - VİDEO

Avtoxəbər 25 Mart 2017 01:31 Oxunub 1966
Bazarda keyfiyyətsiz akkumlyatorlar var  -DİQQƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəs keyfiyyətli akkumlyatoru necə seçməli?

Avtomobil sahibləri bazarda keyfiyyətsiz akkumlyatorların olmasından və seçim etməkdə çətinlik çəkdiklərindən şikayətçidirlər. Avtosfer.az xəbər verir ki, sürücülər öncədən aldıqları akkumlyatorların daha çox işlədiyini deyirlər. Hazırda bazara gətirilən və satılan akkumlyatorların qiyməti isə müxtəlifdir. Avtomobil sahiblərinin əksəriyyəti ucuz akkumlyator almağa üstünlük verir. Ancaq mütəxəssislər bildirir ki, akkumlyator alarkən bəzi məqamlara diqqət etmək vacibdir ki, sonda aldadılmış olmayasan.

Adətən ekspertlər iki ildən az müddətə zəmanəti olan akkumlyatorları almağı məsləhət görmürlər. Çünki belə akkumlyatorların əksəriyyəti normal keyfiyyətdə olmayanlardır.

Bundan başqa, akkumlyatorun avtomobili istehsal edən zavodun təyin etdiyi parametrlərə uyğun olub-olmaması da vacibdir. Çünki avtomobilin akkumlyator üçün ayırdığı ölçüdən balaca və böyük olan akkumlyatorlar maşının işləməsinə mane ola, hətta başqa problemlərə də gətirib çıxara bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh