Piyada və sürücülər təhlükədə - VİDEO

Qaydalar 25 Mart 2017 01:52 Oxunub 1633
Piyada və sürücülər təhlükədə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu yolda piyada zolaqları silinib

Sakinlər yolu çətinliklə keçir, sürücülər isə harada piyada zolağının olmasından xəbərsizdir. Sumqayıtda piyadaların rahat hərəkəti üçün çəkilən piyada zolaqları heç də ürəkaçan deyil. Şəhərin müxtəlif ərazilərində, əsasən də əhalinin daha çox istifadə etdiyi küçə və prospektlərdə piyada zolaqları pozulub. Sakinlər haradan necə keçəcəyini bilmirlər. Belə olan halda sürücülərlə piyadalar arasında problem yaşanır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sumqayıtdakı piyada zolaqlarının yenidən çəkildiyini bildirdi. Sadəcə olaraq bayramla əlaqədər işlərə ara verilib. İnsanlar, piyada zolağı olmayan yerlər haqqında Baş Dövlət Yol Polisi İdarəsinə xəbər verə bilərlər. Siqnal İdarəsi tərəfindən o sahələrin də zolaqlanması həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh