Pul verib aldığı avtomobili öz adına keçirə bilmir - SƏBƏB - VİDEO

Xəbərlər 25 Mart 2017 01:55 Oxunub 2207
Pul verib aldığı avtomobili öz adına keçirə bilmir - SƏBƏB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil alarkən bəzi qaydalara əməl etməmək bir sıra porblem yaradır

Aldığı avtomobilin bankda girov qoyulduğunu öyrənən şəxs indi bu səbəbdən maşını öz adına keçirə bilmir. Hadisə Quba rayon sakini Əlibayram Rüstəmovun başına gəlib. O, Bakıda tanımadığı bir şəxsdən avtomobil alıb. Sonradan adına keçirmək üçün notariusa müraciət edəndə avtomobilin bankda girov olduğu və qeydiyyatın mümkün olmayacağı bildirilib. Məhkəmədə məlum olub ki, maşının birinci sahibi olan Asif Hacıyevin banka borcu olduğu üçün avtomobil girovdadır. Əlibayram Rüstəmov deyir ki, avtomobili 4-cü şəxsdən mülki etibarnamə ilə alıb və avtomobil satılarkən onun heç bir probleminin olmadığı deyilib.

Məsələ burasındadır ki, bu vətənədaş kimi başqaları da belə halla qarşılaşa bilər. Hüquqşunaslar xəbərdarlıq edir ki, avtomobil alarkən bəzi qaydalara əməl etməmək sonradan bir sıra porblemlərin yaşanmasına gətirib çıxarır. Bunun olmaması üçün alıcı avtomobili satan şəxslə birlikdə Dövlət Yol Polisinə getməli və maşını qanuni öz adına keçirməlidir.

İndi Əlibayram Rüstəmovun bir yolu var, o da avtomobilin birinci sahibini tapmaq və onunla birlikdə məsələni həll etmək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh