Terrorçu-kamikadze hava limanına hücum etdi

Gündəm 25 Mart 2017 08:20 Oxunub 1218
Terrorçu-kamikadze hava limanına hücum etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölən və yaralananlar barədə məlumat verilmir

Banqladeşin paytaxtı Dəkkədə, beynəlxalq hava limanında terrorçu-kamikadze özünü partladıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident aeroportun polis məntəqəsi qarşısında qeydə alınıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh