Lənkəranda ağır yol qəzası baş verdi: bir nəfər xəsarət alıb - FOTO

Qəzalar 25 Mart 2017 10:08 Oxunub 1160
Lənkəranda ağır yol qəzası baş verdi: bir nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Lənkəranda yol qəzası baş verib, bir nəfər ağır xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Kərgəlan kəndi ərazisində baş verib. Belə ki, Kərgəlan kənd sakini 68 yaşlı Rzayeva Mehriban Barat qızı ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatik şok diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilən M.Rzayevanın yaxınları onu avtomobil vurduğunu söyləyiblər. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. İlkin araşdırmalar zamanı məlum olub ki, qadını vuran "VAZ-2107" markalı 42-BT-667 dövlət qeydiyyat nişanlı avtomobil daha sonra yoldan çıxaraq yol kənarındakı telefon rabitə dirəyinə çırpılıb. Amma 37 yaşlı sürücü, Haftoni kənd sakini Bayverdiyev Elşad Yunus oğlu M.Rzayevanı vurmadığını iddia edib. O, qarşısına çıxan iribuynuzlu heyvanı vurmamaq üçün manevr etdiyini, nəticədə yoldan çıxaraq yolun kənarındakı kanalın kənarında maneəyə çırpıldığını deyib.

 

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh