Polis heyrətləndi: mikroavtobusdan 74 uşaq çıxdı – FOTO+VİDEO

Qaydalar 25 Mart 2017 22:26 Oxunub 2637
Polis heyrətləndi: mikroavtobusdan 74 uşaq çıxdı – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mikravtobus balacaları uşaq bağçasına aparırdı

Yolda hərəkət limitini keçən və qaydaları pozan mikroavtobusu saxlayan polis zabiti heyrətlənib. Çünki 19 yerlik mikroavtobusda 74 uşaq vardı. Avtosfer.az milli.az-a istinadən bildirir ki, olay Çinin Henan vilayətindəki Nanyan şəhərində yaşanıb. Mikravtobus balacaları uşaq bağçasına aparırdı. 74 uşaqdan bəziləri sürücünün yanında ayaq üstə durmuşdular. Uşaq bağçasının tərbiyəçi müəllimlərindən olan qadın da avtobusda idi. Mikroavtbusun 27 yaşlı sürücüsü Yan Minin dediyinə görə, maşın uşaq bağçasına məxsusdur. V1 kateqoriyalı sürücülük vəsiqəsi olan Minin sərnişin daşımaları ilə məşğul olmağa ixtiyarı yoxdur. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh