Eskalator, yoxsa pilləkan? - VİDEO

Qaydalar 25 Mart 2017 18:30 Oxunub 3594
Eskalator, yoxsa pilləkan? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aidiyyati qurumların sayəsində o günü də tezliklə görmüş olarıq

Keçidlərin bəzisində eskalatorlar yararsız vəziyyətə düşüb. Bu da insanların, xüsusilə də yaşlı, səhhətində problemi olanların bu keçidlərdən istifadəsini çətinləşdirir. Necə deyərlər onları yolun təhkükəli, qadağan olunmuş hissəsindən keçməyə təhrik edir. Avtosfer.az interaz-a istinadən xəbər verir ki, bəli, bu kimi keçidlər paytaxtda nə bir deyil, nə də iki. Bülbül prospekti ilə Nizami küçəsinin kəsişdiyi yerdə, Mərkəzi Bankın, Heydər Əliyev Sarayının yaxınlığında, Xətai rayonu ərazisində, üzü bulvar tərəfə olan keçidlərdə vəziyyət baxımdan ürəkaçan deyil. Amma siyahını davam etdirmək də olar. Paytaxt sakinləri isə deyir ki, şikayət etməkdən artıq yorulub. Yaşlılar işləməyən eskalatorla qalxıb düşə bilmir. Bəzən isə elə olur ki, eskalatorda getdiyimiz zaman qəfildən dayanır. Bütün bu hallar insanlarda qorxuya səbəb olur. Hətta bəzi sakinlərin sözlərinə görə, eskalator çox hündür olur və qalxmaq da çətindir. Onun əvəzinə pilləkən qoyulsa, daha yaxşı olar. Çünki əksər hallarda adi pilləkənin hündürlüyü 15 sm-də çox olmur. Hər halda eskalatorların hamısı işləsə, özü də normal işləsə, sakinlərin əlacsızlıqdan bu problemi qaldırmasına ehtiyac da qalmaz. Biz çəkib göstərdik. Qaldı problemin aradan qaldırılması. Aidiyyati qurumların sayəsində o günü də tezliklə görmüş olarıq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh