Avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır - VİDEO

Qaydalar 26 Mart 2017 01:25 Oxunub 1857
Avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qaydanı pozan sürücünü 3 bal və 60 manatlıq cərimə gözləyir

Sərnişinlə dolu avtobus yanacaq doldurma məntəqəsinə girir və sürücü yanacaq doldurur. Bir neçə dəqiqə sonra da avtobus yola çıxır. Görüntülər Bakıda çəkilib. İndiyədək aparılmış maarifləndirmə və təbliğatlardan sonra bənzər hallar azalsa da, hələ də bəzi sürücülər həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atmaqda davam edir. Baxmayaraq ki, sərnişinlə dolu avtobusların, o cümlədən banında adam daşıyan yük avtomobillərinin yanacaqdoldurma məntəqələrinə girişi qadağandır. Bu qaydanı pozan sürücünü 3 bal və 60 manatlıq cərimə gözləyir.

Hətta yanacağı qurtarmaq üzrə olsa da, sürücü məntəqəyə avtobusun sərnişinlərini kənarda düşürüb girməldir.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirib ki, hazırda Bakıda bir sıra daşıyıcıların normal istehsalat bazası olmadıqından avtobuslar gecələr sürücülərdə qalır. Onların məsuliyyətsizliyi isə sözügedən halların yaranmasına səbəb olur. Buna görə də sahibkarlara xəbərdarlıq edilib və yaxın aylarda istehsalat bazası olmayan daşıyıcıların avtobusları xətdən yığışdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh