Kimyəvi təmizləmə avtomobilə ziyan da vura bilər - VİDEO

Avtodünya 26 Mart 2017 01:28 Oxunub 3186
Kimyəvi təmizləmə avtomobilə ziyan da vura bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Salondakı detalların əksəriyyəti söküldüyündən ziyan görmə ehtimalı var

Son illər avtomobillərin kimyəvi təmizlənməsinə maraq artıb. Bu işlə məşğul olanlar bildirir ki, əsasən yaz fəslində müraciətlər daha çox artır. Kimyəvi təmizlənmənin qiyməti isə avtomobilin növə və salonuna görə dəyişir. Kimyəvi təmizlənmə zamanı sürücüyə zəmanət verilməsi mütləqdir. Çünki kimyəvi təmizlənmə zamanı salondakı detalların əksəriyyəti söküldüyündən avtomobilin ziyan görmə ehtimalı var.

Belə zəmanətlər həm yazılı, həm də söz formasında ola bilər. Avtomobilə süd, ətin suyu və ağ neft mayelər dağıldıqda onların qoxusunu yox etmək üçün isə xüsusi cihazdan istifadə edilir. Bir avtomobilin kimyəvi təmizlənməsi isə 2-3 gün vaxt aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh